ASELSAN 2025-ci ili 1 milyarddan çox xarici sifarişlə başa vurur
Türk müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN son dövrlərdə əldə etdiyi ixrac nailiyyətləri ilə bu ili rekord göstəricilərlə başa vurmağa hazırlaşır. Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqlərindən biri sayılan “Defense News Top 100” siyahısında 42-ci yerdə qərarlaşan ASELSAN ilk 30-luğa daxil olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu hədəfə çatmaqda yüksək əlavə dəyər yaradan ixrac mühüm rol oynayır.
Türkiyə avtomobil sənayesində ilk 8 ay: İxracat 26,1 milyard dollara çatdı
Avtomobil Sənayesi Dərnəyi (OSD) 2025-ci ilin yanvar-avqust dövrünə dair istehsal, ixracat və bazar göstəricilərini açıqlayıb. Hesabata əsasən, avtomobil ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 682 min 743 ədəd, dəyər baxımından isə 26,1 milyard dollar olub.