Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası
İslamın ilk xəlifəsi və mömünlərin əmiri Əbu Bəkr Fil hadisəsindən təxminən üç il sonra Məkkədə doğulmuşdur. Anası Ümmül-Xeyr Səlma bint Səxr, Məkkə dövründə Hz. Peyğəmbərin Ərkam b. Əbül-Ərkamın evində (Darül-Ərkam) olduğu sırada İslamı qəbul etmişdir. Atası Əbu Quhafə isə Məkkənin fəthindən (hicrətin 8-ci ili / miladi 630) dərhal sonra oğlu Əbu Bəkrin vasitəçiliyi ilə müsəlman olmuşdur. Anasının və atasının mənsub olduğu Teym qəbiləsinin soyu Mürrə b. Kəbdə Hz. Peyğəmbərin nəsəbi ilə birləşir.
Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?
İslam alimləri qeyd edir ki, vəhylərin son dövrlərdə artması, həm İslam cəmiyyətinin formalaşması və yeni müsəlmanların dini ehtiyaclarının ödənməsi, həm də Peyğəmbərin dünyadan ayrılmasının yaxınlaşdığına dair ilahi bir işarə idi.