Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib
Qətər Dövlətinin sabiq İctimai Səhiyyə naziri Dr. Hənan əl-Küvari Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru vəzifəsinə namizəd irəli sürülüb. O, hazırkı Baş direktor Dr. Tedros Adhanom Qebreyesusun səlahiyyət müddəti 15 avqust 2027-ci ildə başa çatdıqdan sonra bu vəzifəyə gələ bilər.
KKTC-yə qarşı iqtisadi təzyiqlərə susmayacağıq - Yılmaz
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasında (KKTC) Rum tərəfinin iqtisadi sahədə göstərdiyi təzyiqləri qınayaraq, bu cəhdlərin xoş niyyətə və əməkdaşlıq ruhuna uyğun olmadığını bildirib.
Şimali Kiprin Baş naziri və nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə görüş keçirib
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, MÜSİAD Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.