Argentina millisinin heyəti açıqlandı: Messi siyahıda
Argentina millisinin heyəti 2026-cı il dünya çempionatı üçün açıqlanıb və siyahıda Lionel Messinin də adı yer alıb. Beləliklə, turnirdə meydana çıxacağı təqdirdə Messi karyerasında altıncı dəfə dünya çempionatında iştirak etmiş olacaq və mundial tarixində ən çox iştirak edən futbolçu rekorduna sahib çıxacaq.
FIFA İran rəsmiləri ilə görüş keçirəcək
FIFA rəsmiləri Iranın Dünya Kubokundakı iştirakı ilə bağlı İran Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirəcək. Görüşün əsas məqsədi İran millisinin turnirdə iştirak imkanları ilə bağlı narahatlıqları aradan qaldırmaq və federasiyaya təminat verməkdir.
İran FIFA-dan dünya çempionatı ilə bağlı təminat tələb edib
Dünya çempionatı ərəfəsində İran tərəfi beynəlxalq futbol qurumuna müraciət edib. O bildirib ki, İran nümayəndə heyətinin səfəri zamanı dövlət simvollarına, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı hər hansı təhqiredici münasibətə yol verilməməlidir. Taj qeyd edib ki, İran millisi dünya çempionatına vəsiqə qazanıb və turnirin təşkilatçısı FIFA olduğuna görə bütün iştirakçılar üçün bərabər və hörmətli şərait təmin edilməlidir.
ABŞ İranın Dünya Kubokundan kənarlaşdırılması iddialarını təkzib etdi
Marko Rubio İranın 2026-cı il futbol üzrə dünya çempionatından kənarlaşdırılacağı və onun yerinə İtaliyanın qatılacağı barədə yayılan məlumatları təkzib edib.Qeyd edək ki, daha əvvəl bəzi məlumatlarda ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kubokunda İranın əvəzinə İtaliya millisinin iştirakının təklif olunduğu iddia edilirdi. Lakin rəsmi Vaşinqton bu xəbərləri təsdiqləməyib
Qattuzo istefa verəcək
İtaliya milli komandasının baş məşqçisi Cennaro Qattuzo yığmanın uğursuz çıxışına görə istefa verməyə hazırlaşır. Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlubiyyət İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi ilə nəticələnib.
2026 Dünya Çempionatının bütün iştirakçıları müəyyənləşdi
2026-cı il futbol üzrə dünya çempionatında iştirak edəcək bütün milli komandalar bəlli olub. Pley-off mərhələsinin nəticələrinə əsasən son vəsiqələri Konqo Demokratik Respublikası və İraq qazanıb. Konqo Demokratik Respublikası Yamaykanı 1:0, İraq isə Boliviyanı 2:1 hesabı ilə məğlub edib.
İtaliya ardıcıl 3-cü dəfə Dünya Çempionatından kənarda qaldı
Avropa seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya məğlub olan İtaliya penaltilər seriyasında 4-1 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb. Oyundan sonra baş məşqçi Cennaro Qattuzo nəticəyə görə üzr istəyərək bildirib ki, komanda əlindən gələni etsə də, məqsədə çatmaq mümkün olmayıb. O, şəxsi məsuliyyət daşıdığını vurğulayıb və gələcəyi ilə bağlı qərarın ikinci planda olduğunu qeyd edib.
İran millisi Dünya Çempionatına Türkiyədə hazırlaşır
İran milli futbol komandası Dünya Çempionatı öncəsi hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçir. Komanda qarşıdakı yoxlama oyunlarına hazırlaşmaq üçün Türkiyənin cənubunda yerləşən Antalya şəhəri yaxınlığındakı Belek bölgəsində məşqlərini davam etdirir.
İran ABŞ-da oynamaqdan imtina edə bilər – FIFA ilə danışıqlar başlayıb
İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirak formatı qeyri-müəyyən olaraq qalır. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, komandanın ABŞ-da keçirilməsi nəzərdə tutulan bütün oyunlarının Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparılır.
Messi 2026 Dünya Çempionatını buraxa bilər
Argentinalı futbol ulduzu Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak etməyə bilər. Ekspertlər bildirir ki, turnirdə iştirak üçün Messinin fiziki forması həlledici rol oynayacaq, çünki Dünya Çempionatında MLS-dən daha yüksək səviyyədə fiziki hazırlıq tələb olunur.
FIFA 2026 Dünya Kuboku 500 milyon bilet müraciəti alıb
FIFA 2026-cı il Dünya Kuboku üçün bilet satışları üzrə müraciətlərin rekord həddə çatdığını açıqlayıb. FIFA bildirir ki, müraciətlər qurumun 211 üzv assosiasiyasının hamısından daxil olub. Ən çox müraciət göndərən ölkələr sırasında turnirin ev sahibləri olan ABŞ, Meksika və Kanada, eləcə də Almaniya, İngiltərə, Braziliya, İspaniya, Portuqaliya, Argentina və Kolumbiya yer alıb.
Deşam Səudiyyə Ərəbistanı millisini çalışdıra bilər
Səudiyyə Ərəbistanında Didye Deşamı milli komandanın baş məşqçisi təyin etmək istəyirlər. DÇ-2026-dan sonra Fransa millisindən ayrılacaq mütəxəssisə 8 illik müqavilə təklif oluna bilər.