PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb
PKK-nın silahı yerə qoyması ilə yanaşı, terror təşkilatının arsenalındakı silah və sursatın başqa bölgələrə və ya digər terror qruplaşmalarına ötürülməsinin qarşısının alınması üçün nəzarət mexanizmi yaradılacaq. MİT-in nəzarəti altında Türkiyənin Milli Müdafiə Nazirliyinə təhvil veriləcək silahlar ayrı-ayrılıqda qeydiyyata alınacaq və onların sayı mövcud kəşfiyyat məlumatları ilə müqayisə ediləcək. Bununla təhvil verilən silah və sursatda hər hansı çatışmazlığın müəyyənləşdirilməsi nəzərdə tutulur.
AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərin davam etdiyini və sənəd üzrə parlamentdə geniş siyasi razılıq əldə olunduqdan sonra layihənin ümumxalq referendumuna çıxarılmasının hədəfləndiyini açıqlayıb.
Suriya ordusu SDQ-ə qarşı əməliyyata başlayacaq
Suriya ordusu SDQ terror təşkilatının hücumlarına qarşı Hələbdə məhdud hərbi əməliyyat başladacağını açıqladı. Hələbdə Suriya ordusu qüvvələri ilə 10 mart tarixli razılaşmanı pozan SDQ terror təşkilatı arasında toqquşmalar davam edir. Suriya Rabitə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Bəyanatda Suriya Ərəb Ordusunun SDQ terror təşkilatının davam edən hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyat başladacağı bildirilib.Nazirlik Hələbdəki əməliyyatın məqsədinin pilotsuz təyyarə hücumlarını dayandırmaq, təhlükəsizliyi təmin etmək, Hələb-Əzəz yolunu yenidən açmaq və mülki şəxsləri qorumaq olduğunu vurğulayıb.
Türkiyədə Nazirlər Kabineti iclasında təyyarə qəzası müzakirə olunub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası bu gün Ankara Beştepedə keçirilib. Toplantının əsas gündəmində Gürcüstan–Azərbaycan sərhədində baş verən hərbi təyyarə qəzası, “Terrorsuz Türkiyə” strategiyası, iqtisadi proseslər və regional gərginliklər yer alıb.