Terrorsuz Türkiyə hədəfindən geri dönməyəcəyik – Ərdoğan
Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Strategiyası və Müşavirə Düşərgəsinin Bağlanış Mərasimində çıxış edərək, korrupsiya əməliyyatlarının bələdiyyələri rüşvətxor dəstələrdən azad edəcəyini vurğulayıb. “Biz səbir, cəsarət və səmimiyyətlə terrorsuz Türkiyə qururuq”, – deyən Ərdoğan gənclərlə birlikdə bütün maneələri dəf etdiklərini qeyd edib. O, həmçinin ölkəni müasir sivilizasiyalar səviyyəsinə qaldırmaq üçün iş, layihə və xidmətləri davam etdirdiklərini, “terrordan azad Türkiyə” məqsədindən geri dönməyəcəklərini bildirib.
Qəzzadakı qırğın dərhal dayandırılmalıdır - Bahçeli
Bahçeli HƏMAS-ın “haqlı mübarizəsinin” dəstəklənməli olduğunu, Türkiyənin İsrailə reaksiyalarının isə “haqlı, şərəfli və qanuni” olduğunu qeyd edib. O, həmçinin ölkə daxilində yayılan bəzi iddiaların xarici əlaqəli kəşfiyyat əməliyyatları ilə bağlı ola biləcəyini və bunun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. MHP lideri, “Terrordan Azad Türkiyə” hədəfinə doğru irəliləmək üçün milli həmrəylik və siyasi sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.
Terrorsuz Türkiyə yeni tarixi mərhələnin əsasını qoyur - Kurtulmuş
TBMM-in Fəxri Salonunda keçirilən “Samsuna İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edən Kurtulmuş, son dövrdə terror təşkilatlarının bölgədə böyük güclərin vəkil aparatı kimi istifadə edildiyini qeyd edib. O bildirib ki, Türkiyə bu sxemi alt-üst edərək yeni bir tarixi mərhələnin əsasını qoyur.
Türkiyədə silahlı hücum: Biri ağır olmaqla 8 nəfər yaralandı
Bu səhər saatlarında Çorumun Bahçelievler məhəlləsində yerləşən bazar yerində baş vermiş silahlı hücum nəticəsində biri ağır olmaqla 8 nəfər yaralanıb.
Nigeriyada silahlı hücumlarda 1000-dən çox insan ölüb
Nigeriyada 2025-ci ilin iyun ayında baş verən silahlı hücumlar, terror aktları və zorakılıq hallarının nəticəsi olaraq 1111 nəfər həlak olub, 276 nəfər isə qaçırılıb.
Almaniyada terror aktı törədmək istəyən Bosniya vətəndaşı saxlanılıb
Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşən Essen şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 27 yaşlı Bosniya vətəndaşı saxlanılıb.
Ərdoğan Pakistanda baş verən terror aktını pisləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu pisləyib.
XİN Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş vermiş qanlı terror aktı ilə əlaqədar başsağlığı verib.
Suriyada kilsədə terror aktı törədən şəxslər saxlanılıb
Suriyanın paytaxtdı Dəməşqdə xristian kilsəsində baş verən terror aktına görə məsul olan qrupun üzvləri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Fransa XİN Suriyadakı terror aktını pisləyib
Fransa, Dəməşqin şərqində yerləşən xristian kilsəsinə qarşı həyata keçirilmiş və azı 15 nəfərin ölümünə səbəb olan terror aktını kəskin şəkildə pisləyib.
Suriyada kilsədə terror aktı baş verib (ƏLAVƏ OLUNUB)
Hücum xristian əhalinin yaşadığı Duvayla məhəlləsində törədilib.