5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qəzzadakı qırğın dərhal dayandırılmalıdır - Bahçeli

Bahçeli HƏMAS-ın “haqlı mübarizəsinin” dəstəklənməli olduğunu, Türkiyənin İsrailə reaksiyalarının isə “haqlı, şərəfli və qanuni” olduğunu qeyd edib. O, həmçinin ölkə daxilində yayılan bəzi iddiaların xarici əlaqəli kəşfiyyat əməliyyatları ilə bağlı ola biləcəyini və bunun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. MHP lideri, “Terrordan Azad Türkiyə” hədəfinə doğru irəliləmək üçün milli həmrəylik və siyasi sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

11 Avqust 2025 16:06
Qəzzadakı qırğın dərhal dayandırılmalıdır - Bahçeli

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyənin Milliyetçi Hareket Partisi (MHP) lideri Devlet Bahçeli İsrailin bölgədə həyata keçirdiyi “terror kampaniyası”na qarşı səbrin tükəndiyini bildirib.

AzerVoice xəbər verir ki, Bahçeli Qəzzada davam edən humanitar böhranı “insanlıq irsinə qarşı vəhşilik” adlandıraraq, Netanyahunun Qəzzanı işğal və ilhaq planlarının qarşısının dərhal alınmalı olduğunu vurğulayıb. O, BMT-ni “Sülh Qüvvələri” vasitəsilə qırğına son qoymaq üçün hərəkətə keçməyə çağırıb.

Bahçeli HƏMAS-ın “haqlı mübarizəsinin” dəstəklənməli olduğunu, Türkiyənin İsrailə reaksiyalarının isə “haqlı, şərəfli və qanuni” olduğunu qeyd edib. O, həmçinin ölkə daxilində yayılan bəzi iddiaların xarici əlaqəli kəşfiyyat əməliyyatları ilə bağlı ola biləcəyini və bunun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. MHP lideri, “Terrordan Azad Türkiyə” hədəfinə doğru irəliləmək üçün milli həmrəylik və siyasi sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Qəzzada aylardır davam edən münaqişə nəticəsində minlərlə insan həlak olub, bölgədə ərzaq, su və dərman çatışmazlığı kəskinləşib.

Məqalədə: #Türkiyə #İsrail #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Qəzza zolağı #BMT #terror aktı #Qəzza hücumu #Qəzza müharibəsi

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.