Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb
8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Ceyhun Bayramov Ararat Mirzoyanla Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin icrasını müzakirə edib
12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Azərbaycan Gürcüstanın suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyir - XİN
Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyirik.
İsrail təcrid olunma riski ilə üz-üzədir- Almaniya XİN rəhbəri
“Qəzzada insanlar hər gün aclıq içində yaşayır. Qadınlar, uşaqlar və kişilər sadəcə yemək tapmaq ümidi ilə həyatlarını itirirlər. Bu, dözülməz vəziyyətdir və dərhal dəyişməlidir.”- deyə o qeyd edib.
Lavrov və Şeybani Moskvada Suriya-Rusiya əməkdaşlığını müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlər, Suriyanın bərpası və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Balkan ölkələri İstanbulda bir araya gələcək
Balkan Sülh Platformasının ilk iclasında Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo və Şimali Makedoniyanın Xarici İşlər nazirləri iştirak edəcək.
Parisdə Suriyanın və İsrailin nazirləri ABŞ vasitəçiliyi ilə görüşüb
Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji məsələlər naziri Ron Dermer Parisdə ABŞ-ın təşəbbüsü ilə görüş keçiriblər. Görüşdə bölgədə gərginliyin azaldılması məqsədi ilə dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.
İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq - XİN
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə bağlı bəyanat yayıb.