Taleh Kazımov Çində maliyyə tənzimləməsi qurumunun rəhbəri ilə görüşüb
Görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.