Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb
Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.
Misir İsraillə Rəfah keçidinin açılması üçün koordinasiya aparıldığı barədə iddiaları təkzib edib
Misir rəsmiləri ölkənin yaxın günlərdə Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçidini yenidən açmaq üçün İsraillə koordinasiya apardığı barədə yayılan məlumatları təkzib edib. Bu barədə Misirin Dövlət İnformasiya Xidməti Əl-Qahirə telekanalına açıqlamasında bildirib.