Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Birinci-vitse prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
“Uca Allahdan hər kəsə möhkəm can sağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq diləyirəm! Novruz bayramınız mübarək!”
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanda əksini tapıb.
Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)
AzerVoice xəbər verir ki, Münxendə Birinci vitse-prezidentə yaxınlaşan jurnalist Emin Hüseynov özünü təqdim edərərək təxribatçı sual verməyə çalışıb.Mehriban Əliyeva provokativ sual verməyə hazırlaşan jurnalistə belə cavab verib: "Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram" .
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 920 nəfərdən çox şəxsə xidmət göstərilib. Onlardan 700 nəfərini əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların ailə üzvləri, digərlərini şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrdən olan şəxslər təşkil edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar. Mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Azərbaycan gənclərinin ölkənin inkişafında mühüm rol oynadığı vurğulanıb. Mehriban Əliyeva gənclərin əldə edəcəyi uğur və nailiyyətlərin xalqı daim sevindirəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan gənclərinin gələcəkdə də dövlətin tərəqqisinə layiqli töhfələr verəcəyini bildirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında əlilliyi olan 235 şəxs xidmətlərdən yararlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalara aid olan, o cümlədən əlilliyi olan şəxslərə xidmətlər göstərilir.