Türkiyədə yeni Ədliyyə binasının tikintisi üçün tender elan edilib
Türkiyə Ədliyyə Nazirliyi Manisa şəhərinin Alaşehir rayonunda yeni Ədliyyə binasının inşası ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 550 gün təşkil edir.
Çadırdan qübbəyə - Türk memarlıq düşüncəsinin təkamülü
Osmanlı dövrünün möhtəşəm memarlıq irsi, xüsusilə XVI əsrdə parlayan memarlıq ənənəsi, iki əsas qaynaq üzərində formalaşmışdı. Bu mənbələrdən biri İran, Mesopotomiya, Misir və Suriya memarlıq üslubları, digəri isə Səlcuqlu dövlətinin Anadolu torpaqlarında inkişaf etdirdiyi memarlıq ənənəsidir. XIV–XV əsrlərin əvvəllərində Manisa, İznik və Bursa kimi şəhərlərdə yaranan bu Anadolu-Bizans sintezi sonradan Osmanlı memarlığının əsas təməl daşına çevrildi.
Balıkesirdə 3,9 bal gücündə zəlzələ olub
Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyədə meşə yanğınları ilə bağlı bir nəfər həbs olunub
Türkiyənin Manisa vilayətinin Şehzadeler rayonunda baş verən meşə yanğını ilə bağlı bir nəfər həbs edilib. Avqustun 11-də yerli vaxtla saat 16:45 radələrində başlayan yanğın, küləyin təsiri ilə qısa müddətdə meşəyə yayılıb. İzmir Meşə Regional İdarəsinə məxsus 4 helikopter, 17 yanğınsöndürmə briqadası və 3 texnika əraziyə cəlb edilib. Yanğın havadan və qurudan müdaxilə edilərək nəzarət altına alınıb.
Türkiyədə zəlzələdən sonra bölgədə 786 yeraltı təkan qeydə alınıb
Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb. Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.
AFAD Türkiyənin 51 vilayətində yanğınlarla mübarizə aparacaq - Ərdoğan
Yanğınsöndürmə xidməti böyükşəhər bələdiyyələrinin vəzifəsidir. 51 vilayətimizdə isə bu işi AFAD-la təşkil edəcəyik. AFAD bu işi ən güclü şəkildə planlayacaq.
Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO)
Manisanın Salihli rayonunda yerləşən Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Özgür Özəlin Toxunulmazlığı Ləğv Olacaqmı?
Türkiyə Böyük Millət Məclisinə (TBMM) bir sıra siyasətçilərə aid toxunulmazlığın ləğvi ilə bağlı yeni sənədlər təqdim edilib.
Türkiyə Bələdiyyəsi Sement Alacaq
Manisa Böyükşəhər Bələdiyyəsi tərəfindən beton parket və boru istehsalı üçün 15 min ton sementin satın alınması ilə bağlı tender elan edilib.
Manisada meşə yanğını davam edir
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 28 iyun şənbə günü başlayan meşə yanğını artıq 4-cü gündür ki, nəzarət altına alına bilmir.