7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO)

Manisanın Salihli rayonunda yerləşən Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

12 İyul 2025 21:57
Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO)

BAKI, AzerVoice

Manisanın Salihli rayonunda yerləşən Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

AzerVoice xəbər verir ki, müvafiq qərar UNESCO-nun 47-ci Dünya İrs Komitəsi İclasında yekdilliklə qəbul olunub.

2013-cü ildən bəri müvəqqəti siyahıda yer alan bu arxeoloji sahə, artıq daimi siyahıya salınıb və bununla da Türkiyənin siyahıdakı irs ərazisi sayı 22-yə çatıb.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu uğuru belə şərh edib:

"Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri, UNESCO ailəsinə daxil olaraq 22-ci mədəni xəzinəmiz oldu. Lidya sivilizasiyasının paytaxtı, dünyanın ilk metal pulunun meydana gəldiyi bu coğrafiya artıq bütün bəşəriyyətin ortaq irsi kimi qeyd altına alındı.

Antik dövrdə 15–20 metr hündürlükdə olduğu düşünülən və 20 metr qalınlığında olan qala divarları, 7 500 hektarlıq nəhəng nekropol sahəsi ilə bu ərazi Lidya mədəniyyətinin unikal təmsilçisi olaraq artıq dünya səhnəsindədir. Bu uğurda əməyi keçən Sardes Qazıntı Rəhbərliyi başda olmaqla bütün elm insanlarına və Mədəni İrs və Muzeylər Baş İdarəsinin Təyin və Planlaşdırma Şöbəsində çalışan hər kəsə təşəkkür edirəm."

Nazir qeyd edib ki, Türkiyənin mədəni sərvətləri "Türkiyə Yüziliyi" dövründə bir-bir gün üzünə çıxmağa davam edəcək.

Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO) Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO) Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO) Türkiyənin Manisa vilayətindəki iki abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO)
Məqalədə: #Türkiyə #UNESCO #Manisa #Sardes antik şəhəri #Bin tepeler Lidya #Dünya İrs Siyahısı

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.