Mediator özünü necə inkişaf etdirməlidir?
VOA-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediatorların özünü inkişaf etdirməsi barədə mühüm məqamlara aydınlıq gətirib.
Hüquq Bələdçisi - Mədəni və dini müxtəliflik kontekstində mediasiya: dialoqdan anlaşmaya doğru
Müasir dünyada mədəni və dini müxtəliflik həm zənginlik, həm də mübahisələrin potensial mənbəyi kimi çıxış edir. Bu fərqliliklərin sülh və qarşılıqlı hörmət əsasında idarə olunmasında mediasiyanın rolu getdikcə artır. Hümmət Əliyev bildirir ki, bu tip mediasiya xüsusi həssaslıq və peşəkarlıq tələb edir. Prosesdə mediator ilk növbədə tərəflərin dəyərlərini, inanclarını və tarixi kontekstini dərindən anlamalıdır. “Mediasiyanın məqsədi kiminsə haqlı və ya haqsız olduğunu sübut etmək deyil, qarşılıqlı anlaşma üçün təhlükəsiz dialoq mühiti yaratmaqdır,” – deyə o əlavə edir.