35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib
Avropa aviaşirkətinə məxsus ilk təyyarə 35 ildən sonra Bağdad Beynəlxalq Hava Limanına eniş edib. Bu barədə İraqın Nəqliyyat Nazirliyi çərşənbə axşamı yaydığı açıqlamada bildirib. Qeyd olunub ki, Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin həyata keçirdiyi reys Bağdada enən ilk Avropa təyyarəsi olub. Nazirliyin bəyanatında bu hadisənin “İraqın Avropa aviasiya xəritəsinə qayıdışını” simvolizə etdiyi və ölkənin mülki aviasiya sektorunda “bərpa mərhələsinin başlanğıcı” olduğu vurğulanıb.