Starbucks Malayziyada zərərdə - Qəzza Boykotu satışları azaldır
Starbucks brendini idarə edən Berjaya Food Berhad-ın rüblük maliyyə hesabatına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36% azalaraq 477 milyon rinqit (təxminən 69 milyon dollar) zərərə düşüb. Hesabatda bu azalmanın “Yaxın Şərq münaqişəsi ilə bağlı mənfi əhval-ruhiyyə” ilə əlaqəli olduğu, bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir etdiyi qeyd edilib. Şirkət ölkədə aktivlərin silinməsi prosesi ilə üzləşib və 152.8 milyon rinqit dəyərində amortizasiya ayırması aparıb. X platformasında yayılan fikirlər, boykotların Starbucks-ın Malayziyadakı nüfuzuna ciddi ziyan vurduğunu və yerli kafelərin populyarlıq qazandığını göstərir.
Starbucks-dan boykot sonrası kütləvi işdən çıxarma
ABŞ kofe zəncir mağazaları olan Starbucks, şirkəti yenidən canlandırmaq planının bir hissəsi olaraq mart ayında korporativ komandasını ixtisar edəcəyini açıqlayıb.
ABŞ-da Starbucks işçilərinin başlatdığı tətil bütün ölkəyə yayılıb
İlk dəfə Seattle, Los Angeles və Çikaqo şəhərlərindəki Starbucks baristaları tərəfindən başlanan 5 günlük tətil ABŞ-ın müxtəlif bölgələrindəki şəhərlərə də yayılmağa başlayıb.
Starbucks’a qarşı boykot dalğası genişlənir
ABŞ mərkəzli kofe zənciri Starbucks, İsrailə dəstək verdiyi iddiaları səbəbilə güclənən boykot dalğası ilə üz-üzədir.
Starbucks-ın dünya üzrə satışları azalmaqdadır
AzerVoice xəbər verir ki, Starbucks, 29 sentyabrda başa çatan dördüncü maliyyə rübü üçün balans hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin qlobal müqayisəli mağaza satışları bu dövrdə tam 7 faiz azalma göstərib.