Elmdə inqilab: DNT-nin ikili spiral quruluşunun kəşfindən 73 il ötür
1953-cü il fevralın 28-də Kembric Universitetinin alimləri Ceyms Uatson və Frensis Krik bəşəriyyətin genetik kodunu daşıyan DNT molekulunun strukturunu müəyyən etdiklərini elan ediblər. Biologiya və tibb aləmini kökündən dəyişdirən bu kəşf "həyatın sirrinin" tapılması kimi qiymətləndirilir. Alimlər DNT-nin (deoksiribonuklein turşusu) iki zəncirdən ibarət polimer, yəni ikili spiral quruluşda olduğunu sübut ediblər. Bu struktur genetik məlumatın nəsildən-nəslə necə ötürüldüyünü və molekulun özünü necə kopyaladığını elmi şəkildə izah edib.