"Əbu əd-Duhur" zərbəsi türklərə mesajdır - İsrail mediası
Rəsmi İsrail Suriyanın şimalındakı İdlib vilayətinin şərq çölündə yerləşən "Əbu əd-Duhur" hərbi aerodromunun uçuş-enmə zolağının bombalanması ilə bağlı Suriya tərəfinin irəli sürdüyü ittihamlar qarşısında sükutunu qoruyub. Lakin bir israilli rəsmi ABŞ-nin "Fox News" telekanalına verdiyi qısa açıqlamada zərbəni etiraf edərək Təl-Əvivin hücumla bağlı məlumatı əvvəlcədən Vaşinqtonla bölüşdüyünü bildirib.
Xarq adasının ələ keçirilməsi dünya neft bazarına hansı təsiri göstərə bilər?
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranın Xarq adasını ələ keçirmək istərdi. Bu adanın neft infrastrukturu üçün strateji əhəmiyyəti var. Tramp «Fox News» müsahibəsində bunu qeyd edib. O, iranla danışıqların davam etdiyini bildirib. Tramp əlavə edib ki, amerikalıların bu addımı dəstəkləyib‑dəstəkləməyəcəyini bilmir. Bu gecə daha güclü zərbələrin vurulacağını deyib. O, mülki obyektlərin hədəf alınmasını istəmir. Xarg adasının ələ keçirilməsi dünya neft bazarına təsir göstərə bilər.
İranın nüvə obyektlərini canlandırması hərbi müdaxiləyə ilə nəticələnəcək – Tramp
ABŞ Prezidenti Donald Tramp "Fox News" şəbəkəsinə müsahibəsində rəsmi Tehranın nüvə ambisiyalarına qarşı ən sərt xəbərdarlıqlarını ünvanlayıb. Prezident bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək, çünki onun fikrincə, İran rəhbərliyi bu silahı İsrailə, Yaxın Şərqə və Avropaya qarşı istifadə edəcək qədər "divanədir". VOA xəbər verir ki, Tramp həmçinin əlavə edib ki, əgər İran nüvə bombasına sahib olsa, ondan ABŞ-a qarşı da istifadə edəcək.
İran ABŞ-dən yardım istəyib - Tramp
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.
Saziş imzalamasalar, İranı tamamilə məhv edəcəyik - Tramp
ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə rəsmi Tehrana qarşı ən sərt hədələrindən birini səsləndirib. Tramp bildirib ki, əgər İran tərəfi təklif olunan sazişi imzalamasa, ölkə tamamilə məhv ediləcək.
Qətər NATO-ya üz tutan ilk ərəb dövləti olacaq?
Ötən həftə Qətərdə İran hücumlarının dayanmasından sonra nisbi sakitlik hökm sürüb, məktəblər və iş yerləri tədricən normal fəaliyyətinə qayıdıb. Bu, digər Körfəz ölkələrində hücumların davam etdiyi və məsafədən təhsil/iş rejiminin saxlanıldığı bir vaxtda Qətər üçün fərqli bir mənzərə idi. Lakin bu həftə vəziyyət dəyişdi; İranın xüsusilə dronlardan istifadə etdiyi hücumları yenidən başladı.
Marko Rubio NATO-ya qarşı tənqidlərini yeniləyib - münasibətlər yenidən baxılacaq
ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində NATO ilə bağlı sərt xəbərdarlıqlarını bir daha dilə gətirib. VOA xəbər verir ki, Dövlət katibi bəyan edib ki, İranla müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar Şimali Atlantika Alyansı (NATO) ilə münasibətlərini "yenidən nəzərdən keçirməli" olacaq.
Trampın İrana qarşı kampaniyası zəruri idi - NATO baş katibi
NATO-nun baş katibi Amerikanın "Fox News" telekanalına verdiyi müsahibədə beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki gərginliklə bağlı strateji bəyanatlar verib.