Qətər əmiri və BƏƏ prezidenti regional vəziyyəti müzakirə edib
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş keçirilib. Məlumata görə, tərəflər regionda təhlükəsizlik və sabitliyin qorunması üçün birgə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qətər əmiri qeyd edib ki, mövcud şəraitdə diplomatik həll yollarına üstünlük verilməsi və eskalasiyanın qarşısının alınması əsas prioritetdir.