Son hücum dalğasında 100-dən çox raket və dron istifadə edilib - SEPAH
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və müttəfiq "müqavimət cəbhələri" tərəfindən həyata keçirilən son hücum dalğasında 100-dən çox ağır raket və zərbə pilotsuz uçuş aparatından (PUA), həmçinin ən azı 200 raketdən istifadə edildiyi bəyan olunub. SEPAH-ın məlumatına görə, zərbələr təkcə İsrail ərazisindəki müxtəlif nöqtələri deyil, həm də ABŞ-ın Fars körfəzi regionunda yerləşən hərbi mövqelərini - Bəhreyndə ABŞ qüvvələrinin yerləşdiyi hərbi obyekti və Küveytdəki "əl-Adiri" bazasında yerləşən ABŞ helikopter bölməsini hədəf alıb.