İordaniya İran tərəfindən buraxıldığı bildirilən 7 raket və 6 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
İordaniya İran tərəfindən buraxıldığı bildirilən yeddi raket və altı pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Ordunun məlumatına görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Hava hücumundan müdafiə sistemləri və hərbi aviasiya raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib. Qalıqların düşdüyü ərazilərə xüsusi mühəndis qrupları göndərilib. İran isə bundan əvvəl Bəhreyn və İordaniyadakı ABŞ hərbi hədəflərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirmişdi. İordaniya insidentlə bağlı təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb. Bölgədə hərbi gərginlik yüksək səviyyədə qalır.
İran İordaniyaya raket zərbələri endirib
Yaxın Şərqdə artan gərginlik fonunda İordaniya ərazisində yeni hücum hadisələri qeydə alınıb. İordaniyanın Kral Hərbi Hava Qüvvələri son 24 saat ərzində iki İran pilotsuz uçuş aparatını zərərsizləşdirib. Məlumata görə, bununla yanaşı, bir pilotsuz aparat və raket hava hücumundan müdafiə sistemlərini keçərək əraziyə çatıb.