İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Səravanda silahlı qrupa qarşı əməliyyat keçirdiyini açıqlayıb. Əməliyyatın kəşfiyyat məlumatları əsasında Qüds quru qüvvələri ilə birgə həyata keçirildiyi bildirilir. İran tərəfinə görə, əməliyyat zamanı bir nəfər öldürülüb. Qrupun altı üzvü və tərəfdarı saxlanılıb. Ərazidən 20 bağlama partlayıcı maddə və müxtəlif silahların aşkarlandığı bildirilir. Bundan başqa, peyk rabitəsi üçün istifadə olunan “Starlink” cihazlarının ələ keçirildiyi açıqlanıb. İnqilab Keşikçiləri Korpusu qrupun vilayətin cənubunda hücumlar planlaşdırdığını iddia edir. İran tərəfi həmin şəxslərin İsrail və ABŞ ilə əlaqəli olduğunu bildirsə də, bu iddianı təsdiqləyən müstəqil sübutlar təqdim olunmayıb.
İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraillə əlaqəli olduğu iddia edilən beş silah qaçaqmalçılığı şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb. SEPAH əməliyyat zamanı onlarla silah, partlayıcı maddə və minlərlə güllənin müsadirə edildiyini bildirib.
Türkiyənin müdafiə sənayesində yeni dövr başlayır
Türkiyə Milli Müdafiə Nazirliyinə tabe olan ASFAT və Maşın və Kimya Sənayesi Səhmdar Cəmiyyəti (MKE) Ankarada keçirilən "Məhsuldarlıq və Texnologiya Sərgisi"ndə diqqətçəkən layihələrini nümayiş etdirib.