İranla razılaşma əldə olunarsa, Tramp Baydendən fərqli siyasi addım atmış olacaq
ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr davam edərkən, analitiklər bunun Vaşinqtonun Yaxın Şərq siyasətinə və ABŞ daxilində siyasi proseslərə təsirlərini qiymətləndirirlər. Mütəxəssislərin fikrincə, mümkün razılaşma Donald Tramp üçün həm xarici siyasət, həm də daxili siyasi baxımdan mühüm nəticələr yarada bilər.
Əraqçi Küveyti 4 iranlını saxlamaqda ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Küveyt hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürərək, bu ölkənin İran vətəndaşlarına qarşı təcavüz etdiyini bildirib. Nazir qeyd edib ki, Küveyt tərəfi İran qayığına hücum edərək 4 İran vətəndaşını saxlayıb.
Lazım olanda İtaliya yanımızda olmadı - Tramp
BAKI,VOA ABŞ Prezidenti Donald Tramp İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə rəsmi Romanın siyasətini sərt tənqid edərək bildirib ki, ehtiyac duyulduğu zaman İtaliya onların yanında olmayıb, halbuki o və ölkəsi hər zaman İtaliyanın yanında yer alıb.
İslamabadın vasitəçilik səyləri boşa çıxdı
Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.