Suriyada Ceyşul-İslam rəhbərinə edilən sui-qəsdin sirləri açıldı - Pilotun etirafları yayımlanıb
Suriya Daxili İşlər Nazirliyi keçmiş prezident Bəşşar Əsəd rejimi dövründə "Ceyşul-İslam" qruplaşmasının lideri Zahran Alluşun ölümü ilə nəticələnən hava hücumunu həyata keçirən pilotların etiraflarını yayımlayıb. Bu sənəd illərdir müəmmalı qalan əməliyyatın detallarını ilk dəfə ictimaiyyətə açıqlayır.