Türkiyədə 2026-cı ilin ilk 7 ayında saxlanılan miqrantların sayı bəlli olub (ÖZƏL)
Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi 2026-cı il iyulun 30-na olan qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə bağlı aktual statistik məlumatları açıqlayıb. Məlumata görə, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 82 min 701 qeyri-qanuni miqrant saxlanılıb. Qurumun məlumatında qeyd olunub ki, təkrar qeydiyyatlar çıxıldıqdan sonra real göstərici 74 min 513 nəfər təşkil edib.
Türkiyədə neçə azərbaycanlı yaşayır? – Rəsmi statistika (ÖZƏL)
Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi Başqanlığı 2026-cı il iyulun 30-na olan yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin statistik məlumatlarını açıqlayıb. Məlumatlara əsasən, Türkiyədə yaşayış icazəsi ilə qalan xarici vətəndaşların sayı 1 milyon 261 min 239 nəfərə çatıb. Statistik göstəricilər son illərdə Türkiyədə yaşayan əcnəbilərin sayında yenidən artım tendensiyasının müşahidə edildiyini göstərir. Belə ki, yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin sayı 2022-ci ildə 1 milyon 354 min 94 nəfərlə rekord həddə çatdıqdan sonra 2024-cü ildə 1 milyon 56 min 632 nəfərə qədər azalıb. 2025-ci ildən etibarən isə göstərici yenidən yüksəlməyə başlayıb.
Türkiyədə qeyri qanunu miqrantlarla bağlı statistika açıqlanıb (ÖZƏL)
Türkiyənin Miqrasiya İdarəsi Sədrliyi tərəfindən 30 aprel 2026-cı il tarixinə olan qeyri-qanuni miqrasiya ilə bağlı yeni statistika açıqlanıb. Son illərdə ölkə ərazisində saxlanılan qeyri-qanuni miqrantların sayında və miqrant qaçaqçılığı hallarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.