4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə qeyri qanunu miqrantlarla bağlı statistika açıqlanıb (ÖZƏL)

Türkiyənin Miqrasiya İdarəsi Sədrliyi tərəfindən 30 aprel 2026-cı il tarixinə olan qeyri-qanuni miqrasiya ilə bağlı yeni statistika açıqlanıb. Son illərdə ölkə ərazisində saxlanılan qeyri-qanuni miqrantların sayında və miqrant qaçaqçılığı hallarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.

10 May 2026 09:15
Türkiyədə qeyri qanunu miqrantlarla bağlı statistika açıqlanıb (ÖZƏL)

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Miqrasiya İdarəsi Sədrliyi tərəfindən 30 aprel 2026-cı il tarixinə olan qeyri-qanuni miqrasiya ilə bağlı yeni statistika açıqlanıb.

VOA xəbər verir ki, son illərdə ölkə ərazisində saxlanılan qeyri-qanuni miqrantların sayında və miqrant qaçaqçılığı hallarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.

Bu ilin ilk dörd ayında ölkə üzrə 45 min 230 nəfər saxlanılıb ki, onlardan sadəcə bir dəfə qeydiyyata alınanların sayı 43 min 378 nəfər təşkil edir.

Statistikaya nəzər saldıqda aydın olur ki, qeyri-qanuni miqrantların sayı 2019-cu ildə 454 min 662 nəfərlə ən yüksək səviyyəyə çatmışdı. Sonrakı illərdə dalğalanmalar olsa da, 2022-ci ildə 285 min 27 nəfər olan göstərici 2025-ci ilin sonuna 160 min 253 nəfərə qədər enib.

2026-cı ilin yanvar-aprel ayları üzrə aylıq göstəricilər isə aşağıdakı kimi paylanıb:

Yanvar - 11 min 916

Fevral - 10 min 649

Mart - 11 min 617

Aprel - 11 min 48

Saxlanılan miqrantların vətəndaşlıq mənsubiyyətinə görə ilk yerlərdə Əfqanıstan və Suriya vətəndaşları qərarlaşıb. İlk onluğun bölgüsü belədir:

Əfqanıstan – 13 min 543 nəfər

Suriya – 6 min 683 nəfər

Özbəkistan – 3 min 531 nəfər

Türkmənistan – 3 min 86 nəfər

İran – 2 min 922 nəfər

İraq – 1 min 695 nəfər

Fas – 1 min 142 nəfər

Misir – 1 min 83 nəfər

Əlcəzair – 762 nəfər

Pakistan – 711 nəfər

Qalan 10 min 72 nəfər isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Məlumatda həmçinin miqrant qaçaqçılığı ilə bağlı cinayət hadisələrinin statistikası da yer alıb. 2024-cü ildə 13 min 61 fakt qeydə alındığı halda, bu rəqəm 2025-ci ildə 11 min 588-ə düşüb. 2026-cı ilin aprel ayının sonuna olan məlumata əsasən isə 3 min 975 belə fakt qeydə alınıb.

Məqalədə: #Türkiyənin Miqrasiya İdarəsi Sədrliyi #Türkiyə miqrasiya statistikası #qeyri-qanuni miqrantlar Türkiyə #Türkiyədə miqrant sayı #Türkiyə sərhəd nəzarəti #Əfqanıstan miqrantları Türkiyə #Suriya miqrantları statistikası #Avropaya miqrasiya marşrutu #Türkiyə miqrasiya siyasəti #miqrasiya trendi 2026 #Türkiyə daxili təhlükəsizlik siyasəti

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.