Hindistanda seçkilərdən sonra qarşıdurma - Qərbi Benqalda 4 nəfər həlak olub
Hindistanın Qərbi Benqal ştatında keçirilən seçkilərin nəticələrindən sonra baş verən siyasi toqquşmalarda 4 nəfər həyatını itirib. Hindistan polisi və partiya rəsmilərinin məlumatına görə, qarşıdurmalar ölkənin şərqində yerləşən və 100 milyondan çox əhalisi olan Qərbi Benqal ştatında qeydə alınıb.