Azərbaycan və Ukrayna e-Permit sisteminin tətbiqi üzrə Anlaşma Memorandum imzalayıb
Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında rəqəmsal həllərin tətbiqi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir. Leypsiqdə keçirilən görüş zamanı tərəflər beynəlxalq yükdaşımalarında elektron icazə sistemi — e-Permit layihəsinin tətbiqinə dair Anlaşma Memorandumu imzalayıb. Təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik əməliyyat mühitinin yaradılmasını hədəfləyir.