Türkiyədə polis-İŞİD qarşıdurmasında 3 polis şəhid olub
Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılması nəticəsində 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 mülki əməkdaş yaralanıb. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya açıqlamasında bildirib ki, əməliyyat zamanı 6 İŞİD üzvü təsirsiz hala gətirilib. Hadisə Yalovanın Elmalıq kəndi yolu üzərində yerləşən bir evdə baş verib və Bursadan xüsusi təyinatlı polis qüvvələri də əməliyyata cəlb olunub. Əməliyyat gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir.
Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran
Azərbaycan-Gürcüstan sərhədində baş vermiş təyyarə qəzası ilə bağlı axtarış-xilas və qəza araşdırma işlərinin davam etdiyini Burhanettin Duran bildirib. O qeyd edib ki, şəhid olan hərbçilərin cəsədləri, axtarış-xilas və qəza araşdırma heyətini Gürcüstana aparan A-400M təyyarəsi ilə ölkəyə gətiriləcək. Duran bildirib ki, ilk andan etibarən bütün imkanlarını səfərbər edərək sürətli reaksiyalar göstərən və dəstək verən Gürcüstan hakimiyyətinə təşəkkür edirlər.
İran XİN Türkiyəyə başsağlığı verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Bəqai qəza nəticəsində həyatını itirən şəhidlərin ailələrinə başsağlığı bildirib. Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.
Bahçeli İzmirdə baş verən terror aktı ilə əlaqəli açıqlama verib
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, İzmirin Balçova rayonunda polis məntəqəsinə silahlı hücumla bağlı yazılı açıqlama yayıb. Hadisəni “xain və vəhşi bir sui-qəsd” adlandıran Bahçeli, baş verənləri Türk millətini dərindən kədərləndirən bir terror aktı kimi qiymətləndirib. Hücum nəticəsində şəhid olan polis müfəttişi və polis əməkdaşı üçün başsağlığı verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, yaralanan əməkdaşlara isə şəfa diləyib.
Türkiyədə polis bölməsinə hücum - 2 polis əməkdaşı həlak olub
İzmirin Balçaova bölgəsində polis bölməsinə hücum nəticəsində 2 polis şəhid olub, 1 polis əməkdaşı yaralanıb. Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi bildirilir. Bu gün səhər saatlarında Balçova rayonunda Salih İşgören Polis İdarəsinə hücum edilib. Ov tüfəngi ilə silahlanmış 16 yaşlı yeniyetmə tərəfindən həyata keçirilən hücumda 2 polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Hadisə yerində araşdırmalar davam etdirilir.
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. AzerVoice xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Terrordan azad Türkiyə hədəfinə çox yaxınlaşmışıq - Ərdoğan
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiya parlament qrupunun toplantısında çıxış edərək, şəhid əsgərləri ehtiramla andı və terrorla mübarizədə yeni mərhələyə daxil olunduğunu açıqlayıb.
"Pəncə-Kilid" bölgəsində baş verən faciə araşdırılır – Gülər
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər "Pəncə-Kilid" əməliyyatı bölgəsində 12 əsgərin şəhid olması ilə nəticələnən hadisənin bütün detalları ilə araşdırılacağını açıqlayıb.
İraqda Şəhid Olan Türk Əsgərlərinin Sayı Səkkizə yüksəlib
Türkiyənin Milli Müdafiə Nazirliyi, Pençe-Kilit bölgəsində 2022-ci ildə şəhid olan Nuri Melih Bozkurtun cəsədini tapmaq məqsədilə aparılan axtarış fəaliyyətləri zamanı 19 əsgərin metan qazına məruz qalaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Türk ordusunun beş əsgəri şəhid olub
Ərazi nəzarətə götürülüb, terrorçular zərərsizləşdirilib, lakin aparılan bütün axtarışlara baxmayaraq şəhidimizin nəşinə hələ də çatılmayıb.