BMT baş katibi: İnkişaf etməkdə olan ölkələr “ən böyük enerji şoku” ilə üz-üzədir
BMT baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin “ən böyük enerji şoku” yaratdığını bildirib. O, inkişaf etməkdə olan ölkələrin borc, ərzaq və inkişaf böhranı ilə üzləşdiyini deyib. Quterreş diplomatik razılaşmanın müəyyən rahatlama verəcəyini, lakin təsirlərin uzun sürəcəyini vurğulayıb.
“Sıfır gömrük” siyasəti Afrikaya yeni imkan açır, yoxsa Çinin təsirini artırır?
Çinin Afrika ölkələri üçün tətbiq etdiyi “sıfır gömrük” siyasəti qlobal iqtisadiyyatda yeni müzakirələr yaradıb. Pekin 2026-cı il mayın 1-dən etibarən diplomatik münasibətlər saxladığı 53 Afrika ölkəsindən idxal olunan məhsullara tam gömrük rüsumunun ləğvini tətbiq etməyə başlayıb. Yeni qərar Afrika ölkələrinə dünyanın ən böyük bazarlarından birinə rüsumsuz çıxış imkanı versə də, bunun Pekinin qitədə iqtisadi və geosiyasi təsirini daha da gücləndirəcəyi barədə narahatlıqlar da artır.