Türkiyə iqtisadiyyatı ikinci rübdə 4,8 faiz böyüyüb
2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artım göstərib. Bu göstərici ilə fasiləsiz iqtisadi artım 20-ci rübə daşınıb. Tikinti sektoru ilin ikinci rübündə ən yüksək artım tempini nümayiş etdirərək 10,9 faiz böyüyüb. İnformasiya və kommunikasiya sahəsində 7,1 faiz, sənaye sektorunda isə 6,1 faiz artım qeydə alınıb. Ticarət, nəqliyyat, turizm və iaşə xidmətləri 5,6 faiz, peşə, inzibati və dəstək xidmətləri isə 5,4 faiz yüksəlib. Maliyyə və sığorta fəaliyyəti ilə daşınmaz əmlak sektoru ayrı-ayrılıqda 2,6 faiz artım nümayiş etdirib. Digər xidmət sahələrində isə bu göstərici 2,1 faiz olub. Məhsul üzərində vergilər – subsidiyalar fərqində 3,0 faiz artım qeydə alınıb.
Türkiyə Ticarət Nazirliyi Suriyanın idxala qoyduğu məhdudiyyətin müvəqqəti tədbir olduğunu bildirib
Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.
Türkiyənin ötən il İraqa ixracı 13 milyon dollara çatıb - Nazir
Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.
Türkiyə Prezidentinin baş müşaviri Yiğit Bulut vəfat edib
Bir müddətdir müalicə alan Türkiyə Prezidentinin baş müşaviri Yiğit Bulut vəfat edib.
İlin sonuna qədər inflyasiyanın enəcəyini gözləyirik - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən TİM-in 32-ci Baş Assambleyasında çıxış edərək inflyasiya ilə mübarizənin davam edəcəyini və 2025-ci ilin sonuna qədər inflyasiyanın 20 faizlərə enəcəyini gözlədiklərini bildirib.
Eskişehir texnologiya mərkəzinə çevrilir - Bayraktar
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Eskişehir vilayətində yerləşən nadir torpaq elementi yataqları ilə bağlı açıqlama verib.