4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

MÜSİAD hər zaman demokratiyanın yanında güclü mövqe sərgilədi - Ərdoğan

9 May 2025 17:07
MÜSİAD hər zaman demokratiyanın yanında güclü mövqe sərgilədi - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə bağlı açıqlamasında təşkilatın hər zaman demokratiya, ədalət və azadlıqların tərəfində olduğunu vurğulayıb.

AzerVoice xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan bu fikirləri İstanbulda yerləşən Haliç Konqres Mərkəzində keçirilən MÜSİAD-ın 28-ci ümumi qurultayında səsləndirib. Qurultaya qatılarkən çıxış edən dövlət başçısı, MÜSİAD-ın uzun illərdir Türkiyənin iqtisadi və ictimai həyatında mühüm rol oynadığını qeyd edib.

Ərdoğan çıxışında 1999-cu ildə həbs edilməzdən əvvəl MÜSİAD-ın onu ilk fəxri üzv kimi qəbul etməsini heç vaxt unutmadığını bildirib: “28 Fevralın ağır atmosferinin davam etdiyi o günlərdə MÜSİAD-ın nümayiş etdirdiyi həmrəylik mənim qəlbimdə hər zaman xüsusi yer tutub. Yalnız 28 Fevral dövründə deyil, əvvəl və sonrakı illərdə də MÜSİAD hüquq, ədalət və azadlıqlardan yana güclü mövqe nümayiş etdirdi.”

Ərdoğan bildirib ki, keçmişdə iş adamları arasında ayrı-seçkiliyin yaşandığı dövrlərdə belə MÜSİAD istehsal və ixracatdan heç vaxt vaz keçməyib: “1990-cı ildən bu günə qədər Türk iqtisadiyyatının inkişafına, ixracatın və məşğulluğun artmasına mühüm töhfələr verdiniz. 35 ildir prinsipial mövqeyinizi qoruyub saxladınız. Qazanarkən xalqın da qazanmasına önəm verdiniz, ticarətdə bərəkət anlayışını yaşatdınız.”

Ərdoğan, MÜSİAD-ın Türk demokratiyasının, diplomatiyasının və müdafiə sektorunun son 23 ildəki uğurlarında əhəmiyyətli rol oynadığını qeyd edərək, təşkilata təşəkkür edib: “2002-ci ildən əvvəlki dövrlə müqayisədə bu gün daha güclü və nüfuzlu Türkiyə varsa, bunda MÜSİAD-ın 35 illik mübarizəsinin böyük payı var. Xalqın iradəsini hədəf alan hücumların qarşısının alınmasında da MÜSİAD-ın dəstəyi danılmazdır.”

Ərdoğan çıxışının sonunda MÜSİAD və onun üzvlərinə göstərdikləri prinsipial mövqeyə və Türkiyə iqtisadiyyatına verdikləri töhfəyə görə təşəkkür edib və təşkilatın fəaliyyətlərini yüksək qiymətləndirib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #MÜSİAD #Türkiyə iqtisadiyyatı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.