Türkiyə SAFE-2 proqramında mütləq iştirak etməlidir - Belçikanın müdafiə naziri
Türkiyə NATO-nun mühüm müttəfiqlərindən biridir və ölkənin müdafiə sənayesi sahəsində qazandığı texnoloji təcrübə həm Belçika, həm də bütövlükdə Avropa üçün böyük maraq doğurur. Bu fikirləri Belçikanın müdafiə naziri Teo Franken Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Anadolu Agentliyinə müsahibəsində səsləndirib.
İstanbuldan Ankaraya: NATO yeni mərhəə qədəm qoyur
2026-cı il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammiti alyansın gələcək istiqamətlərini müəyyənləşdirəcək ən mühüm toplantılardan biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, NATO 2004-cü ildə İstanbul sammitində kollektiv müdafiə ittifaqından qlobal təhlükəsizlik aktoruna çevrilmə prosesini rəsmiləşdirdiyi kimi, Ankara sammitində də yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formalaşma mərhələsinə daxil ola bilər.