Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyanın cavabını gözləyir
Ukrayna Rusiyaya Qara dənizdə mülki hədəflərə və gəmilərə hücumların dayandırılması ilə bağlı təklif göndərib. “Reuters”in məlumatına görə, təklif üçüncü tərəf vasitəsilə Moskvaya çatdırılıb və Kiyev Rusiyanın cavabını gözləyir. Son günlər Qara dənizdə gəmilərə və limanlara hücumların artması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Rusiya və Ukrayna bir-birini ixrac gəmilərinə hücumları gücləndirməkdə ittiham edir.
Rusiya Ukraynanın 4 yük gəmisini və Çornomorsk limanını vurub
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi bildirilən dörd yük gəmisinə və Çornomorsk limanındakı obyektlərə zərbələr endirildiyini açıqlayıb. Moskva hücumların Ukraynanın hərbi texnika və sursat imkanlarına qarşı həyata keçirildiyini bildirib.