“Mileyinin təhqirləri” Braziliya-Argentina münasibətlərində görünməmiş böhran yaradıb
Braziliya Argentina prezidenti Xavyer Mileyinin braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya qarşı sərt ifadələrindən sonra Buenos-Ayresdəki diplomatik nümayəndəliyinin səviyyəsini aşağı salıb. Braziliya Argentinaya bildirib ki, bundan sonra diplomatik əlaqələr səfir səviyyəsində deyil, müvəqqəti işlər vəkili səviyyəsində idarə olunacaq.