Qətərdə mənzil almaq istəyənlərin diqqətinə - Ən çox üstünlük verilən 4 zona açıqlandı
Qətər Ədliyyə Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsində avqustun 2-dən 6-dək qeydə alınmış alqı-satqı müqavilələri üzrə əmlak tədavülünün həcmi 353 milyon 406 min 706 riyala çatıb. Həmin dövrdə mənzillər üzrə xüsusi bülletenə daxil olan alqı-satqı müqavilələrinin ümumi məbləği isə 23 milyon 813 min 514 riyal təşkil edib. Böyləliklə, həftə ərzində daşınmaz əmlak bazarındakı ümumi əməliyyatların həcmi 377.220 milyon riyala yüksəlib.
Qətərdə azərbaycanlı iş adamları üçün cəlbedici bələdiyyələr
Xaricdə daşınmaz əmlak yatırımlarına maraq göstərən azərbaycanlı investorlar və biznes dairələri üçün Körfəz regionunun ən sabit iqtisadiyyatlarından olan Qətər yeni imkanlar təklif edir.