Kanada Ukraynaya silah tədarükü üçün 1,45 dollar ayıracaq
Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.
Hollandiya Ukrayna üçün silah alan ilk NATO ölkəsi olub
Açıqlamada Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə hava hücumundan müdafiə avadanlığı, sursat və digər zəruri hərbi materialları əhatə edən 500 milyon avro dəyərində yeni yardım paketi təqdim ediləcəyi qeyd olunub.
NATO Estoniya ərazisində Alman-Niderland birgə korpusunu yerləşdirə bilər
NATO, Estoniyanın Pyarnu şəhərində Alman-Niderland birgə korpusunun yerləşdirilməsi ilə bağlı qərar qəbul edə bilər.
Almaniya Ukraynaya üç ədəd "Patriot" HHM sistemi təhvil verib
Almaniya Ukraynaya üç ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi təhvil verib və əlavə sistemlərin tədarükü və əvəzləyici texnikanın əldə olunması ilə bağlı ABŞ-la danışıqlar aparır.
Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.
ABŞ NATO üzərindən Ukraynaya silah göndərəcək
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə əvvəlki isti münasibətlərə son qoyaraq, Ukraynanı NATO vasitəsilə silahlandırma planını gündəmə gətirib.
ABŞ Ukraynaya hərbi yardım tədarükünü davam etdirir - Rubio
ABŞ-ın Ukraynaya hərbi yardım tədarükləri, ümumilikdə, Vaşinqton administrasiyası ilə ABŞ Konqresi arasında razılaşdırılmış cədvələ uyğun şəkildə davam edir.
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib - Tramp
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.
Tramp Zelenski ilə Ukraynaya silah yardımını müzakirə edəcək
Tramp və Zelenski görüşəcək- Gündəmdə Rusiya sanksiyaları və Ukraynaya silah tədarükü var.