6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.

20 İyul 2025 17:29
Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.

AzerVoice xəbər verir ki, bu barədə nazirlik tərəfindən yayılan bəyanatda deyilir.

Bəyanatda son günlərdə irəli sürülən iddiaların reallığı əks etdirmədiyi vurğulanıb:

“Türkiyənin Fələstinlilərə verdiyi dəstəyi siyasi məqsədlərlə ləkələməyə çalışan bu cəhdləri rədd edirik. Türkiyə, Fələstin məsələsində hüquq və ədalət tərəfdarı olan müstəqil bir siyasət yürüdür və İsrailin Qəzzada törətdiyi soyqırım cinayətlərinə qarşı ən güclü reaksiya verən ölkələrdən biridir. İsrailli siyasətçilərin hər fürsətdə ölkəmizi hədəfə alması, Türkiyənin doğru yolda olduğunu sübut edir.”

Nazirliyin məlumatına görə, dezinformasiyaya əsaslanan iddiaların əksinə olaraq, Türkiyə, Boqotada qəbul edilən ortaq bəyanatın tələblərindən daha irəli addımlar atıb və onları artıq tətbiq edib. Xüsusilə vurğulanıb ki, ötən ilin may ayından etibarən Türkiyə İsraillə bütün ticarət əlaqələrini – həm ixracat, həm də idxalatı tamamilə dayandırıb. Bu qərar tətbiq olunarkən fələstinlilərin zərər çəkməməsi üçün bütün zəruri tədbirlər də diqqətlə həyata keçirilib.

Bəyanatda, Türkiyənin İsrailə qarşı beynəlxalq platformalarda hərbi məqsədli satışların dayandırılması üçün də qabaqcıl rol oynadığı qeyd olunub:

"Ankara, Birləşmiş Millətlər Təşkilatında (BMT) İsrailə silah tədarükünün dayandırılması təşəbbüsünə 52 ölkənin dəstəyi ilə liderlik edib" - deyə, bəyanatda bildirilib.

Bundan başqa, humanitar yardım daşıyan “Madlin” gəmisinin vəziyyətinin ilk gündən etibarən yaxından izlənildiyi, İsrailin gəmiyə qarşı həyata keçirdiyi qanunsuz müdaxilənin beynəlxalq ictimaiyyətin gündəminə gətirildiyi və gəmidəki Türkiyə vətəndaşlarının azad edilməsi üçün hər cür diplomatik addımın atıldığı da bildirilib.

Nazirlik bəyan edib ki, Türkiyə Qəzzadakı fələstinlilərin zorla köçürülməsini nəzərdə tutan hər cür plana açıq şəkildə qarşı çıxır və bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatının Qəzzanın yenidən qurulmasına dair planına dəstək verir, fələstinlilərin sürgün edilməsinə qarşı hər cür təşəbbüsə qatılır.

Bəyanatda, Türkiyənin hüquqi sahədə də Fələstin məsələsinin ən güclü müdafiəçilərindən biri olduğu qeyd edilib. Türkiyə, Beynəlxalq Ədalət Məhkəməsində (UAD) İsrailə qarşı açılmış soyqırım işinə müdaxilə edən 13 ölkədən biridir və hazırda məhkəmədə davam edən iki ayrı məsləhət prosesinə də aktiv şəkildə dəstək verir.

Son olaraq, İsrail tərəfindən öldürülən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi və ABŞ-da saxlanılıb 9 may tarixində sərbəst buraxılan Rümeysa Öztürk məsələlərində də Türkiyənin ilk gündən lazımi hüquqi və siyasi dəstəyi göstərdiyi vurğulanıb.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Türkiyə Xarici İşlər Nazirliyi #Beynəlxalq Ədalət Məhkəməsi #dezinformasiya #məhkəmə #ticarət #bəyanat #silah tədarükü #Ayşenur Ezgi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Türkiyə İsrail ticarət əlaqələrini kəsdi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Türkiyə Fələstin dəstəyi #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk deportasiya #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürk nə üçün saxlanılıb? #Rümeysa Öztürkün təhsili haradadır? #Rümeysa Öztürk harada saxlanılır? #Rümeysa Öztürkün hüquqi müdafiəsi #Madleen gəmisi yardım missiyası #Madlin gəmisi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.