Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Medianın İnkişafı Agentliyi bəzi xarici media qurumlarında Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib. Qurum Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı “Nexta” kanalının yaydığı məlumatı buna nümunə göstərib. Agentlik hadisənin dövlətlərarası siyasi münasibətlərlə əlaqələndirilməsini əsassız hesab edib. Bəyanatda bu cür məlumatların ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni təşviş yaratmağa yönəldiyi bildirilib. Agentlik son dövrlərdə bir sıra Qərb media qurumlarında Azərbaycanla bağlı birtərəfli məlumatların yayıldığını iddia edib. Bəyanatda Böyük Britaniya, ABŞ, Fransa və Polşanın bir sıra media qurumlarının adları çəkilib. Qurum belə materialları Azərbaycanın beynəlxalq nüfuzunu hədəfə alan informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Agentlik dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.
Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı
İranın ali rəhbəri Müctəba Xameneinin hərbi rəhbərlərlə görüşdə ilk dəfə açıq şəkildə görüntüləndiyini iddia edən video sosial şəbəkələrdə geniş yayılıb. Araşdırma isə videonun yeni olmadığını, təxminən 4 il əvvəl çəkildiyini və hərbi toplantı ilə əlaqəsinin olmadığını göstərib.
Dövlətə qarşı manipulyasiya cəhdlərinə imkan verməyəcəyik - Ərdoğan
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ankarada keçirilən II Kommunikasiya Şurasında çıxışı zamanı süni intellekt, rəqəmsal media və sosial şəbəkələrin cəmiyyətə təsiri, eləcə də 6 fevral zəlzələləri dövründə baş verən hadisələrlə bağlı mühüm açıqlamalar verib.
Dezinformasiya ilə mübarizə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq - Hikmət Hacıyev
Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərini açıqlayıb.
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
Bildirilib ki, bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.
Şahbaz Şərif “son və razılaşdırılmış mətn” deyərkən nəyi nəzərdə tutur?
Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İran arasında sülh razılaşmasının son, razılaşdırılmış mətni əldə olunub. Mətnin əldə olunması Pakistanın vasitəçilik səylərinin nəticəsidir və hər iki tərəflə əməkdaşlıq davam edir. Şərif vurğulayıb ki, sülh bu gün heç vaxt bu qədər yaxın olmamışdır. O həmçinin dezinformasiya kampaniyalarına qarşı xəbərdarlıq edib. Açıqlama sosial şəbəkədə paylaşılıb. Pakistanın vasitəçilik səyləri davam edir. Bu razılaşma bölgədə sülhə doğru mühüm addım ola bilər. Təfərrüatlar hələ də tam açıqlanmayıb.
Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA
Azərbaycan ərazisinin İsrailin İranla müharibə zamanı istifadə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
MEDİA sosial şəbəkələrdə informasiya təxribatlarını qəti şəkildə pisləyib
Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi" kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu "resurs" guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır: "Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.
Eyfel Qülləsi söküləcəkmi?
Parisin ən məşhur rəmzlərindən biri olan Eyfel Qülləsinin 2026-cı ildə söküləcəyi barədə sosial mediada yayılan məlumatlar tamamilə əsassız çıxıb. 2 oktyabr tarixində Fransanın 200-dən çox şəhərində və qəsəbəsində insanlar hökumətin büdcə xərclərini azaltma siyasətinə etiraz məqsədilə küçələrə çıxıblar. Paytaxt Parisdə minlərlə insanın qatıldığı aksiyalar zamanı təhlükəsizlik məqsədilə Eyfel Qülləsinə giriş müvəqqəti olaraq dayandırılıb.
Türkiyə XİN Hakan Fidanın diplomu ilə bağlı iddiaları təkzib edib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələri, xarici işlər naziri Hakan Fidanın universitet diplomuna dair son günlər gündəmə gətirilən iddiaları təkzib edib. Mənbələr, bu mövzuda DMM və YÖK tərəfindən sənədlərlə cavab verildiyini xatırladıblar.
Türkiyə–İraq neft boru kəməri ilə bağlı iddialar təkzib edildi
Türkiyə Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Deniz Yavuzyılmazın Türkiyə–İraq Xam Neft Boru Kəməri müqaviləsi və bu müqavilə ilə bağlı beynəlxalq arbitraj prosesi barədə səsləndirdiyi fikirləri təkzib edib.
Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.