6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN Hakan Fidanın diplomu ilə bağlı iddiaları təkzib edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələri, xarici işlər naziri Hakan Fidanın universitet diplomuna dair son günlər gündəmə gətirilən iddiaları təkzib edib. Mənbələr, bu mövzuda DMM və YÖK tərəfindən sənədlərlə cavab verildiyini xatırladıblar.

5 Avqust 2025 22:11
Türkiyə XİN Hakan Fidanın diplomu ilə bağlı iddiaları təkzib edib

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələri, xarici işlər naziri Hakan Fidanın universitet diplomuna dair son günlər gündəmə gətirilən iddiaları təkzib edib.

AzerVoice xəbər verir ki, mənbələr, bu mövzuda Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) və Ali Təhsil Şurası (YÖK) tərəfindən sənədlərlə cavab verildiyini xatırladıblar.

"Son illərdə FETÖ və ona bağlı qurumlar tərəfindən cənab nazirimizə qarşı sistemli şəkildə aparılan çoxşaxəli qaralama kampaniyalarında ortaya atılmış əsassız iddiaların yenidən gündəmə gətirildiyi müşahidə olunur" - deyə, mənbələr bildiriblər.

Məlumata görə, DMM və YÖK bu iddialara cavab olaraq lazımi sənədləri artıq təqdim edib.

“Cənab nazirimizin bakalavr, magistratura və doktorantura diplomları, eləcə də ekvivalentlik sənədi, Prezident Administrasiyası Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən 15 may 2025-ci ildə ictimaiyyətin diqqətinə çatdırılıb” - deyə, XİN mənbələri əlavə ediblər.

Həmçinin bildirilib ki, məsələ ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində (TBMM) verilmiş yazılı sual iyunun 12-də YÖK tərəfindən cavablandırılıb.

“Sözügedən iddiaların son günlər yenidən gündəmə gətirilməsi, ictimaiyyəti məqsədli şəkildə yanlış istiqamətə yönləndirməyə hesablanıb. Bu iddialarla bağlı hüquqi yollara müraciət edilib” - XİN mənbələri vurğulayıblar.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #YÖK #dezinformasiya #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #dezinformasiya ilə mübarizə Türkiyə #Dezinformasiya ilə Mübarizə Mərkəzi #Hakan Fidan diplom iddiaları #Türkiyə XİN açıqlaması #Hakan Fidan təhsil sənədləri #FETÖ qaralama kampaniyası #Hakan Fidan bakalavr magistr doktorantura diplomları #Hakan Fidan ekvivalentlik sənədi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.