4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hollandiya Ukrayna üçün silah alan ilk NATO ölkəsi olub

Açıqlamada Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə hava hücumundan müdafiə avadanlığı, sursat və digər zəruri hərbi materialları əhatə edən 500 milyon avro dəyərində yeni yardım paketi təqdim ediləcəyi qeyd olunub.

5 Avqust 2025 12:30
Baku
Hollandiya Ukrayna üçün silah alan ilk NATO ölkəsi olub

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Hollandiya, NATO-nun ABŞ vasitəsilə Ukraynaya silah tədarükünü nəzərdə tutan yeni “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) mexanizmi çərçivəsində Ukraynaya dəstək verən ilk NATO ölkəsi olub.

AzerVoice xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib.

Açıqlamada Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə hava hücumundan müdafiə avadanlığı, sursat və digər zəruri hərbi materialları əhatə edən 500 milyon avro dəyərində yeni yardım paketi təqdim ediləcəyi qeyd olunub.

Nazirliyin məlumatına görə, bu yardımlar çərçivəsində iki dəstək paketi avqust ayında Ukraynaya çatdırılacaq. PURL mexanizmi üzrə yeni hərbi avadanlıqların iki-üç həftəlik intervallarla davamlı olaraq çatdırılması planlaşdırılır.

“Avadanlıqların sürətli çatdırılması gələcəkdə Ukraynanın danışıqlar masası arxasındakı mövqeyini gücləndirəcək”, – deyə rəsmi bəyanatda vurğulanıb.

Hollandiya müvəqqəti hökumətinin baş naziri Dik Şof, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığının detallarını sosial media üzərindən paylaşaraq, 500 milyon avroluq hərbi yardım paketinin razılaşdırıldığını və Zelenskinin Hollandiya tərəfinə təşəkkür etdiyini bildirib.

“Hollandiya NATO ilə ABŞ arasında Ukraynanın hava hücumundan müdafiə vasitələrinin alınması daxil olmaqla razılaşdırılmış məsələləri həyata keçirən ilk ölkə oldu”, – deyə baş nazir bəyan edib.

NATO-nun baş katibi Mark Rutte “Digər NATO ölkələrindən də addım gözləyirik”- deyə qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Hollandiya ilə Ukraynaya silah tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb.

Tramp qeyd edib ki, bu silahlar ABŞ-da istehsal olunacaq və xərcləri NATO müttəfiqləri qarşılayacaq.

Məqalədə: #Ukrayna #Zelenski #Müdafiə Nazirliyi #NATO #Hollandiya #Mark Rutte #silah satışı #silah tədarükü #NATO baş katibi Mark Rutte #NATO sərhədlərində gərginlik #Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.