Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək
Vatikan rəsmi olaraq Papa XIV Leonun ilk xarici səfərinin Türkiyəyə olacağını açıqlayıb. Vatikan Mətbuat Ofisinin məlumatına görə, Papa 27–30 noyabr 2025 tarixlərində Türkiyəni, daha sonra isə Livana ziyarət edəcək. Vatikan Mətbuat Ofisi direktoru Matteo Bruni, Papanın hər iki səfəri üçün “müvafiq ölkələrin prezidentlərinin və kilsə rəhbərlərinin dəvətini qəbul etdiyini” bildirib.
Heydər Əliyev Fondu Vatikanın Bambino Gesu xəstəxanası ilə anlaşma memorandumu imzalayıb
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. AzerVoice xəbər verir ki, imzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.
Vatikan Dövlət katibi Qəzza və Ukrayandakı son vəiyyətlə bağlı açıqlama verib
Neapolda keçirilən 75-ci Milli Liturgiya Həftəsinin açılışında çıxış edən Vatikan Dövlət katibi Kardinal Pietro Parolin, Qəzzada və Ukraynada davam edən münaqişələrin yaratdığı insan faciəsinə diqqət çəkib, “bütün ümidsizliyə rəğmən ümid etməyin vacibliyini” vurğulayıb. Kardinal Parolin Qəzzadakı vəziyyəti pisləyərək bildirib: “Qəzzada baş verənlərə görə dəhşətə gəlirik, hadisələri pisləməkdə yekdil fikir var.” O, xüsusilə Xan Yunisdəki Nasser Xəstəxanasına edilən İsrail hücumuna toxunub. Həmin hücum nəticəsində aralarında beş jurnalistin də olduğu 20 nəfərin həlak olduğunu xatırladan kardinal, bunun “heç bir məna daşımadığını” vurğulayıb. O əlavə edib ki, Qəzzada vəziyyət getdikcə daha da çətinləşir, humanitar baxımdan isə təhlükəli həddə çatır: “Həll üçün heç bir yol görünmür, nəticələrini isə hər gün görürük.”
Papa Qəzzada daimi atəşkəs tələb edir
Papa, “Mən bütün məhbusların azad edilməsini, daimi atəşkəsin yaradılmasını, humanitar yardımın təhlükəsiz daxil olmasını və humanitar hüquqa tam hörmətlə yanaşmağı xahiş edirəm,” deyərək beynəlxalq hüququn mülki şəxslərin müdafiəsini təmin etdiyini vurğulayıb. O, kollektiv cəzaların, nəzarətsiz güc tətbiqinin və məcburi köçkünlüyün beynəlxalq hüquqla qadağan edildiyini bildirib və bu “məhv”ə son qoymağa çağırıb. Qeyd edək ki, Papa XIV Leo Qəzzadakı vəziyyətlə bağlı dəfələrlə sülh və humanitar yardım çağırışları edib. X platformasında yayılan fikirlər, onun bəyanatlarının Qəzza münaqişəsinin beynəlxalq gündəmdə qalmasına töhfə verdiyini göstərir.
Qəzza və Ukraynadakı gənclərin yanındayıq - Papa XIV Leo
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzza zolağında davam edən müharibə və Ukraynadakı gərgin münaqişə ilə bağlı dərin təəssüfünü bildirib.
Papa XIV Leo və Abbas Qəzzadakı gərginliyi müzakirə edib
Papa XIV Leo Fələstin Prezidenti ilə Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.
Roma Papası Qəzzadakı müharibənin dayandırılmasına çağırıb
Roma Papası XIV Leo bazar günü İsrailin Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Katolik kilsəsinə etdiyi hücumdan sonra müharibənin dayandırılmasına çağırıb.
Netanyahu Qəzzadakı kilsədə baş verən insidentə görə Roma Papasına təəssüfünü bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu, Papa XIV Leo ilə telefon danışığı zamanı Qəzzadakı Müqəddəs Ailə Kilsəsində baş verən insidentə görə təəssüfünü bildirib.
Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək
Katolik dünyasının yeni ruhani lideri Papa XIV Leo bu ilin noyabr ayında Nikea Şurasının 1700 illik yubileyi münasibətilə Türkiyəyə səfər edəcək.
Papa XIV Leo Qəzzada atəşkəsə çağırış edib
Papa XIV Leo Qəzzada Müqəddəs Ailə Katolik Kilsəsinə edilən hava hücumuna görə təəssüfləndiyini bildirib və atəşkəsə çağırış edib.
Vatikan Rusiya və Ukrayna arasında danışıqlara hazırdır - Papa XIV Leo
Müqəddəs Taxt-Tac Katibliyinin yaydığı məlumatda bildirilir ki, Papa Vatikanın hər iki tərəfin nümayəndələrini qəbul etməyə və münaqişənin diplomatik yolla həlli üçün şərait yaratmağa hazır olduğunu təsdiqləyib.
Roma Papası yay tətilini iqamətgahında keçirəcək: Ənənə 12 ildən sonra yenidən canlandırıldı
Papa XIV Leo, bu gün, 6 həftəlik tətildə olmaq üçün yay iqamətgahına getməyi planlaşdırır.