5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Papa XIV Leo və Abbas Qəzzadakı gərginliyi müzakirə edib

Papa XIV Leo Fələstin Prezidenti ilə Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.

21 İyul 2025 16:42
Papa XIV Leo və Abbas Qəzzadakı gərginliyi müzakirə edib

BAKI, AzerVoice

Papa XIV Leo Fələstin Prezidenti ilə Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.

AzerVoice xəbər verir ki, Katolik kilsəsinin rəhbəri Papa XIV Leo Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı zamanı Qəzza zolağında və İordan çayının qərb sahilində artan zorakılıq hallarını müzakirə edib.

Vatikan Mətbuat İdarəsinin yaydığı məlumata görə, Papa beynəlxalq humanitar hüquqa tam hörmət edilməsinə çağırışını bir daha təkrarlayıb. O, mülki əhalinin və müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayaraq, ayrı-seçkilik olmadan güc tətbiqinin və məcburi köçkünlüyün beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Papa humanitar yardımın bölgəyə fasiləsiz çatdırılmasının və zorakılıqdan ən çox əziyyət çəkənlərə yardım göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Danışıq zamanı, həmçinin Vatikanla Fələstin arasında 2015-ci ildə imzalanan və 2016-cı ildə qüvvəyə minən ümumi müqavilənin onuncu ildönümü də qeyd olunub.

Qeyd edək ki, İsrail ordusunun 17 iyulda Qəzzadakı Müqəddəs Ailə Kilsəsinə hücumu nəticəsində 3 nəfər həlak olub. Hadisədən bir gün sonra, Papa XIV Leo İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edərək, ibadət yerləri ilə mülki şəxslərin qorunmasını və Qəzzada atəşkəsin təmin olunmasını tələb edib.

Papa XIV Leo bazar duası zamanı da Qəzzadakı katolik icmasına dəstəyini ifadə edərək, “Müharibənin vəhşiliyinə dərhal son verilməli, beynəlxalq hüquqa hörmət əsasında sülh yolu ilə həll yolları tapılmalıdır” - deyə bildirib.

Vatikanın dövlət katibi kardinal Pietro Parolin isə İsrailin kilsə hücumu ilə bağlı izahatlarını “qaneedici saymaq üçün əsas yoxdur” sözləri ilə şərh edib və bu addımı “səhv” adlandırıb.

Məqalədə: #Fələstin #Mahmud Abbas #humanitar yardım #humanitar böhran #Roma papası #Vatikan #atəşkəs danışıqları #Papa XIV Leo #yeni seçilmiş Roma Papası

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.