Alyaskada Trampla Putinin görüşü başa çatıb
Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
Tramp Rusiya və Ukrayna ilə üçtərəfli sammit ideyasına açıqdır
ABŞ Prezidenti Donald Tramp, Rusiyanın və Ukraynanın iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirmə ideyasına açıq olduğunu bildirib. Lakin, hazırda ABŞ tərəfi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün hazırlıqlarını aparır.