Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı
HƏMAS-ın həyata keçirdiyi edam dalğasının fonunda, Qəzzanın cənubunda, Xан Yunus ərazisində İsrail dəstəyi ilə fəaliyyət göstərən silahlı qruplaşmanın komandiri Hüsam əl-Əstəl dünyanı Qəzza sakinlərini HƏMAS-dan “müdafiə” etməyə çağırıb.
İsrail müdafiə naziri müharibə yenidən başlasa, “HƏMAS”ı məğlub etmək üçün plan hazırlanması barədə göstəriş verib
İsrail Müdafiə naziri İsrael Katsın ofisindən yayılan açıqlamaya görə, Kats çərşənbə günü ordunun Qəzza zolağında “HƏMAS”ı məğlub etməyə yönəlmiş hərtərəfli plan hazırlamasını tapşırıb. AzerVoice xəbər verir ki, müdafiə nazirinin bu qərarı ABŞ prezidenti Donald Trampın bu gün verdiyi bəyanatla eyni vaxta təsadüf edib. Tramp bildirib ki, əgər “HƏMAS” atəşkəs razılaşmasına əməl etməsə, İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada hərbi əməliyyatları bərpa etməsinə icazə verməyi nəzərdən keçirəcək.
HƏMAS 20 israilli girovu İsrailə təhvil verib
ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzədə sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirildi. HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.
Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS
HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.
İndoneziya sülhü dəstəkləmək üçün Qəzzaya qoşun göndərməyə hazırdır - Vens
İndoneziya da daxil olmaqla bir sıra böyük müsəlman ölkələri atəşkəsi dəstəkləmək və anklavda təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına öz qoşunlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.
Qəzza zolağının idarə edilməsində keçid dövründə iştirak etməyəcəyik - HƏMAS
“HƏMAS” hərəkatının danışıqlar heyətinə yaxın bir mənbə bildirib ki, təşkilat İsraillə müharibədən sonrakı keçid mərhələsində Qəzza zolağının idarə edilməsində iştirak etməyəcək. AzerVoice xəbər verir ki, bu açıqlama atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra verilib.
İsrail Bərqutinin azadlığa buraxılmasından və Yəhya ilə Məhəmməd Sinvarın cəsədlərinin təhvil verilməsindən imtina edib
İsrail hökumətinin sözçüsü Şuş Bədrisyan cümə axşamı bildirib ki, Qəzza zolağında əldə olunan atəşkəs və girov-məhbus mübadiləsi razılaşması Fəth hərəkatının tanınmış lideri Mərvan Bərqutini əhatə etməyəcək. Bu haqda Bədrisyan mətbuat konfransında Bərqutinin taleyi ilə bağlı suala cavab verən deyib. “Bu mərhələdə o, mübadiləyə daxil olmayacaq.”-deyə o qeyd edib.
Misirdən Qəzzaya 150-dən çox yardım maşını yola salınıb
Misir Qızıl Aypara Cəmiyyəti cümə axşamı bildirib ki, İsrail və Həmas arasında atəşkəs razılaşmasının elanından sonra 153 yardım maşını Qəzza zolağına doğru hərəkət edir. AzerVoice xəbər verir ki, yardım karvanı Rəfah keçid məntəqəsinin yan yolundan keçərək Kərəm Əbu Salim keçidinə istiqamətlənib və oradan Qəzzaya daxil olacaq. Yardım konvoyuna 80 yük maşını BMT-yə, 17-si Misir Qızıl Ayparasına, 21-i isə Qətərə məxsusdur.
Türkiyə Qəzzanın yenidən qurulmasına və atəşkəsin icrasına nəzarətə töhfə verəcək - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.
Tramp Ərdoğana güvənir-HƏMAS-ı razı salmaq qarşılığında Ankara nə qazanacaq?
Ərdoğanın açıqlamaları, Türkiyə hökumətinin nümayəndə heyətinin Misirin Şarm əş-Şeyx şəhərinə - İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak etmək üçün yola düşməsindən sonra gəlib. Ankara ilə HƏMAS arasında uzunmüddətli siyasi əlaqələr mövcuddur və Tramp bu əlaqələrdən yararlanmağa çalışır. Buna qarşılıq olaraq, Türkiyə bu vasitəçilikdən müəyyən siyasi və diplomatik qazanc əldə etməyi hədəfləyir. Analitiklərə görə, Ankara bu missiya vasitəsilə müharibədən sonrakı Qəzzədə söz sahibi olmaq, yenidənqurma və təhlükəsizlik mexanizmlərində iştirak etmək niyyətindədir.
Girovlar qaytarıldıqdan sonra HƏMAS məhv edilməlidir - Smotriç
İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.
Birinci mərhələ 2 mindən çox fələstinli məhbusun azad edilməsini əhatə edir – HƏMAS
HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.