6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Misirdən Qəzzaya 150-dən çox yardım maşını yola salınıb

Misir Qızıl Aypara Cəmiyyəti cümə axşamı bildirib ki, İsrail və Həmas arasında atəşkəs razılaşmasının elanından sonra 153 yardım maşını Qəzza zolağına doğru hərəkət edir. AzerVoice xəbər verir ki, yardım karvanı Rəfah keçid məntəqəsinin yan yolundan keçərək Kərəm Əbu Salim keçidinə istiqamətlənib və oradan Qəzzaya daxil olacaq. Yardım konvoyuna 80 yük maşını BMT-yə, 17-si Misir Qızıl Ayparasına, 21-i isə Qətərə məxsusdur.

9 Oktyabr 2025 20:49
Misirdən Qəzzaya 150-dən çox yardım maşını yola salınıb

BAKI,AzerVoice

Misir Qızıl Aypara Cəmiyyəti cümə axşamı bildirib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının elanından sonra 153 yardım maşını Qəzza zolağına doğru hərəkət edir. AzerVoice xəbər verir ki, yardım karvanı Rəfah keçid məntəqəsinin yan yolundan keçərək Kərəm Əbu Salim keçidinə istiqamətlənib və oradan Qəzzaya daxil olacaq. Yardım konvoyuna 80 yük maşını BMT-yə, 17-si Misir Qızıl Ayparasına, 21-i isə Qətərə məxsusdur.

BMT-nin baş katibi Antonio Quterreş razılaşmaya münasibət bildirərək qeyd edib ki, Qəzzada “silahların susması” kifayət deyil və “humanitar yardımın qarşısında duran maneələrin aradan qaldırılması” vacibdir.

“Atəşkəsin real irəliləyişə çevrilməsi üçün təkcə silahların susması kifayət deyil. Humanitar işçilər üçün tam, təhlükəsiz və davamlı giriş təmin edilməli, inzibati və logistika maneələri aradan qaldırılmalıdır,” - deyə Quterreş vurğulayıb.

BMT rəhbəri əlavə edib ki, təşkilat Qəzzaya yardımın çatdırılmasını genişləndirməyə hazırdır.

“Biz və tərəfdaşlarımız dərhal hərəkət etməyə hazırıq. Lazımi resurslarımız, paylama şəbəkələrimiz və yerli icmalarla əlaqələrimiz mövcuddur. Qida, su, səhiyyə və sığınacaq sahələrində yardımı artırmaq mümkündür.”- deyə Quterreş əlavə edib.

Quterreş həmçinin beynəlxalq donorları maliyyə dəstəyini artırmağa çağırıb.

İsrail və HƏMAS arasında əldə olunan atəşkəs və girovların azad olunması barədə razılaşma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və onun birbaşa təzyiqləri nəticəsində mümkün olub.

Məqalədə: #Antonio Quterreş #Türk Qızıl Aypara Cəmiyyəti #Beynəlxalq Qızıl Aypara Cəmiyyəti #İsrail və HƏMAS müharibəsi #Qəzzada aclıq və səfalət #HƏMAS liderləri arasında fikir ayrılıqları #HƏMAS və İsrail arasında müharibə #Misir Qızıl Aypara Cəmiyyəti

Mövzu üzrə digər xəbərlər

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb
Fələstin

İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

27 Avqust 21:26
BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi
Digər Dövlətlər

BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

21 Avqust 12:15
İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq
ArabAZ analitika: Geosiyasi təhlillər

İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

11 Avqust 09:01

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.