Sülh planının 90 faizi üzrə razılıq əldə olunub - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenskiy ABŞ Prezidenti Donald Trampla görüşündən sonra sülh planının bütün aspektlərinin müzakirə edildiyini bildirərək, “(Sülh planının) bunun 90 faizi üzrə razılıq əldə olunub,” dedi. Zelenskiy Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdən sonra birgə mətbuat konfransında açıqlamalarla çıxış edib. Bütün mövzularda səmərəli görüş keçirdiklərini bildirən Zelenskiy, ABŞ və Ukrayna komandaları arasında əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.
Ukrayna və Rusiya planı bəyənib, amma Zelenskidən əmin deyiləm - Tramp
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin təklif etdiyi “sülh planını” oxumadığını və buna görə məyus olduğunu bildirib. Tramp, Kennedi Mərkəzində iştirak etdiyi tədbirdə qırmızı xalça üzərində jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. Zelenskinin, Rusiya-Ukrayna Müharibəsini bitirməyə yönəlmiş ABŞ-ın təklif etdiyi planı hələ oxumadığını qeyd edən Tramp, bu səbəbdən məyusluq yaşadığını söyləyib.
Qəzzada bir neçə gün ərzində atəşkəs razılaşması əldə oluna bilər - Tramp
Hazırda gözlər ABŞ vasitəçiliyi ilə davam edən danışıqların nəticəsindədir.
Niyə Tramp Zelenskinin Əleyhinə Çıxdı?
ABŞ-ın sabiq prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenskini kobud davranışda ittiham edərək onu "diktator" adlandırıb və müharibəni qəsdən uzatmaqda günahlandırıb. Bu açıqlamalar ABŞ-ın Ukraynaya dəstəyində dəyişiklik siqnalı verərək, Avropa və Ukrayna arasında narahatlıq yaradıb.