Bakı. AzerVoice:
Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında 7-si qızıl olmaqla 17 medal qazanan Türkiyə yunan-Roma və sərbəst güləş üzrə komanda sıralamasında birinci olub.
AzerVoice-un məlumatına görə, Paris 2024 Olimpiya Oyunları öncəsi keçirilən güləş üzrə sonuncu Avropa çempionatında 17 medal qazanan Türkiyə milli komandası, uğurlu çıxış nümayiş etdirib.
Sərbəst güləşdə Gürcüstan 130 xalla ikinci, Azərbaycan isə 122 xalla üçüncü olub.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən 2022-ci il Avropa çempionatında 7 qızıl, 3 gümüş və 7 bürünc medal alan Türkiyə milli komandası, ötən il Xorvatiyanın paytaxtı Zaqrebdən 6 qızıl, 3 gümüş və 8 bürünc medalla qayıdıb.