5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qırğızıstan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 300 milyon dolları ötüb

Qırğızıstan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin artdığını və bu ilin ilk üç ayında 327 milyon ABŞ dollarını keçib.

11 İyun 2025 10:20
Qırğızıstan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 300 milyon dolları ötüb

BAKI,AzerVoice

Astanada keçirilən Qırğızıstan ilə Qazaxıstan arasında Parlamentlərarası Şuranın növbəti iclasında, Qırğızıstan Yüksək Məclisinin Beynəlxalq Əlaqələr, Müdafiə, Təhlükəsizlik və Miqrasiya Komitəsinin sədri Ulan Primov iki ölkənin ticarət-iqtisadi əlaqələrini gücləndirmə ilə bağlı təkliflərini bölüşüb.

AzerVoice xəbər verir ki, komitə sədri öz çıxışında, son illərdə Qırğızıstan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin artdığını və bu ilin ilk üç ayında 327 milyon ABŞ dollarını keçdiyini vurğulayıb.

O, həmçinin, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəmin 21 faiz artdığını qeyd edib.

"Fəal inkişaf edən əlaqələri daha da dərinləşdirərək, 2030-cu ilə qədər ticarət əlaqələrini 3 milyard dollara çatdırmaq məqsədinə doğru əmin addımlarla irəliləyirik" - deyə Primov bildirib.

Bundan əlavə, Yüksək Məclisin deputatı Qırğızıstanda həyata keçirilən iqtisadi islahatlar və maliyyə sisteminin yenilənməsi barədə də geniş məlumat verib. O, xüsusilə istehsal sahələrinin dəstəklənməsinə və investisiya layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayrıldığını bildirib.

"Xüsusilə, mədən, metalurgiya, hidroenergetika və emal sənayesi sahələrinə investisiya cəlb etmək üçün lazım olan şəraitlər yaradılır" - deyə komitə sədri qazaxıstanlı tərəfdaşları bu sahələrdə sıx əməkdaşlıq etməyə çağırıb.

Eyni zamanda, iki ölkə arasında elektron ticarətin inkişafı, istehsal kooperasiyalarının fəaliyyətinin dəstəklənməsi və birgə investisiya layihələrinin təşviqi, ticarət-logistika obyektlərinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təşəbbüslər irəli sürüldü.

Məqalədə: #Qazaxıstan #Qırğızıstan #Türk dövlətləri #Türk dünyası #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #Türk dünyasında birgə əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.