9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstan Respublikasının "Qiymətli Kağızların Mərkəzi Depozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair saziş imzalanmışdır. Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyətlərinin sədrləri tərəfindən imzalanıb.

23 Sentyabr 2025 16:51
Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

Bakı. AzerVoice

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstan Respublikasının "Qiymətli Kağızların Mərkəzi Depozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair saziş imzalanmışdır. Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyətlərinin sədrləri tərəfindən imzalanıb.

AzerVoice xəbər verir ki,Bu təşəbbüs hər iki ölkənin kapital bazarları arasında transsərhəd çıxışı genişləndirmək məqsədi daşıyır. Yeni yaradılan birbaşa əlaqə mexanizmi investorlara Azərbaycanın və Qazaxıstanın fond bazarlarına birbaşa çıxış imkanı təmin edəcək, transsərhəd investisiyaların inkişafına və daha dərin maliyyə inteqrasiyasına təkan verəcək.

Depozitarlararası əməkdaşlıq sayəsində bazar iştirakçıları qiymətli kağızları birbaşa mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlaya və hesablaşmaları effektiv şəkildə apara biləcəklər. Bu, qazaxıstanlı investorlar üçün Azərbaycan bazarına, azərbaycanlı investorlar üçün isə Qazaxıstan bazarına çıxış üçün yeni imkanlar yaradacaq.

Təşəbbüs, həmçinin, investisiya portfellərinin diversifikasiyasına və iki qonşu ölkənin maliyyə bazarları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütün lazımi texniki prosedurların tamamlanmasından sonra depozitarlararası infrastrukturun tam işə salınması gözlənilir.

Qeyd edək ki, bu addım MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulmuş depozitarlararası əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilir.a

Məqalədə: #Azərbaycan #Qazaxıstan #Almatı

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.